Abşeron sakini Sumqayıtda güllələndi

Abşeron sakini Sumqayıtda güllələndi
  16 Oktyabr 2020    Oxunub:2352
Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə oktyabrın 15-də saat 10 radələrində Abşeron rayon sakini N.Çələbiyevin odlu silahdan açılmış atəş nəticəsində aldığı çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla bu cinayət əməlinin İnşaatçılar qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş L.Ağayev tərəfindən münaqişə zəminində “Vinçester” markalı ov tüfəngindən açılan atəşlə törədilməsi müəyyən edilib.

4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində L.Ağayev saxlanılaraq istintaqa təhvil verilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti