Qız anasını yastıqla boğub öldürdü

  Qız anasını yastıqla boğub öldürdü
  16 Oktyabr 2020    Oxunub:3260
Oktyabrın 12-də Göyçay Rayon Polis Şöbəsinə Müskürlü kənd qəbristanlığında kəfənə bükülmüş, üzərində zorakılıq əlamətləri görünməyən 75-80 yaşlı qadın meyitinin tapılması barədə daxil olmuş məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində onun Mingəçevir şəhər sakini 84 yaşlı Bənövşə Ələkbərova olması və oktyabrın 9-da yaşadığı evdə qızı S.Əsgərova tərəfindən yastıqla boğularaq qətlə yetirilməsi müəyyən edilib.

Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əsgərova saxlanılaraq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti