TƏBİB: Rusiya peyvəndi namizədlər sırasındadır

    TƏBİB: Rusiya peyvəndi namizədlər sırasındadır
  16 Oktyabr 2020    Oxunub:2603
Koronavirusla bağlı hansı peyvəndin uyğun olacağını demək tezdir. Bəzi peyvənd namizədləri ikinci mərhələni bitirib üçüncüyə keçəndə ümidverici olur. Amma insanlarda istifadə ediləndə əks təsirlərin olduğunu oxuyuruq.
Azvision.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, elə vaksin yoxdur ki, bütün mərhələləri bitirsin və tətbiq olunmağa başlanılsın.

“Əgər vaksin təsdiq olunarsa, Azərbaycan onu alacaq ölkələr sırasında olacaq. Peyvəndin hansı ölkədə istehsal olunması əhəmiyyətli deyil. Rusiya peyvəndi namizədlər sırasındadır və beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir. Rusiyada istehsal olunan peyvənd ÜST tərəfindən müsbət qiymətləndirilib. Əgər ÜST tam olaraq onu təsdiq edərsə, istifadə edilə bilər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   peyvənd  





Xəbər lenti