Millimizdən biabırçı hesab: 7:0
Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan milli komandası bu gün ikinci oyununu keçirib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, millimiz Antverpen şəhərindəki "Lotto Arena" idman kompleksində İtaliya yığması ilə qarşılaşıb.
Komandamız böyük hesablı məğlubiyyətlə üzləşib - 0:7.
Bununla da Azərbaycan millisi qrupda sonuncu yeri tutaraq Avropa çempionatında mübarizəni dayandırıb.
C qrupunda hər üç komandanın aktivində 3 xal olsa da, vurulan və buraxılan topların nisbətinə görə İtaliya yığması birinci, Sloveniya isə ikinci yeri tutaraq 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan futzalçıları bundan əvvəl sloveniyalı rəqiblərini 7:6 hesabı ilə məğlub etmişdilər.
Teqlər: