Astarada 56 yaşlı qadın qətlə yetirilib

   Astarada 56 yaşlı qadın qətlə yetirilib
  14 Oktyabr 2020    Oxunub:1864
Astara Rayon Polis Şöbəsinə oktyabrın 1-də Çayoba kəndində yaşayan 56 yaşlı Rəhimə Aslanovanın üzərində zorakılıq əlamətləri olan meyitinin evinin həyətində aşkar edilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb. Baş Cinayət Axtarışı İdarəsi və Astara RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Çayoba kənd sakini R.Heydərov saxlanılaraq istintaqa təhvil verilib.

Azvision.az


Teqlər: DİN   Qətl  





Xəbər lenti