Keçmiş məhkum oğurluğa görə saxlanıldı

Keçmiş məhkum oğurluğa görə saxlanıldı
  13 Oktyabr 2020    Oxunub:2044
Xəzər rayonunda oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da rayon ərazisindəki mağazaların birindən 220 manat pul və 280 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş E.Məlikəliyev saxlanılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti