Qadına zor tətbiq edib pulqabısını aldı

Qadına zor tətbiq edib pulqabısını aldı
  13 Oktyabr 2020    Oxunub:3306
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.İsmayılova oktyabrın 10-da saat 11 radələrində B.Çobanzadə küçəsində bir nəfərin ona zor tətbiq edib içərisində 310 manat olan pulqabısını aldığını bildirib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Məmmədov müəyyən edilərək saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Soyğunçuluq  





Xəbər lenti