Bakıda maşın oğruları tutuldu

Bakıda maşın oğruları tutuldu
  12 Oktyabr 2020    Oxunub:1340
Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə oktyabrın 11-nə keçən gecə Müşfiqabad qəsəbəsi ərazisindən Abşeron rayon sakini K.Məmmədovun “Mercedes” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmyerlisi N.Güniyev qısa müddətdə müəyyən edilərək Sahil qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən avtomobillə birgə saxlanılıb.

Bundan başqa, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə oktyabrın 11-də Babək prospektindən Bakı şəhər sakini H.Novruzovun “VAZ-2106” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini C.Sadıqov qısa müddətdə müəyyən edilərək rayon ərazisində polis əməkdaşları tərəfindən avtomobillə birgə saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti