`Xəzər Lənkəran`da daha bir braziliyalı

`Xəzər Lənkəran`da daha bir braziliyalı
  01 Fevral 2014    Oxunub:1358
"Xəzər Lənkəran" daha bir braziliyalı futbolçu ilə razılığa gəldi.
"Xəzər Lənkəran" futbol klubu transfer pəncərəsinin son günündə braziliyalı yarımmüdafiəçi Elias Ribeiro de Oliveiranın keçidi məsələsəni həll edib.

AzVision.az klubun saytına istinadən məlumat verir ki, futbolçu ilə "Xəzər Lənkəran" arasında növbəti mövsümün sonuna qədər olan müddətə müqavilə imzalanıb.

San Paoloda futbola başlayan 30 yaşlı yarımmüdafiəçi ölkəsinin "Bahia" klubunun yetirməsidir. Elias "Vasko da Qama" və "Fluminense"də az müddət çıxış edəndən sonra 3 il "Atletico Qoainense"nin şərəfini qoruyub. Birləşmiş Ərəb Əmirliklərinin "əl-Eyn" klubunda qısa legioner həyatı sürəndən sonra futbolçu "Fiqeyrense"də çıxış edib.

Son iş yeri Braziliya A Seriyası təmsilçisi "Atletiko Paranaense" olan Elias mövsümün ilk yarısını icarə əsasında digər elita təmsilçisi "Ponte Preta"nın heyətində keçirib.

Qeyd edək ki, "Xəzər Lənkəran" bundan əvvəl braziliyalı müdafiəçi Uilliam Tyeqo de Jesus və makedoniyalı Deyan Blajevskini heyətinə cəlb edib.


Teqlər:





Xəbər lenti