Kamran Ağayev də "Qəbələ"yə keçdi

Kamran Ağayev də "Qəbələ"yə keçdi
  01 Fevral 2014    Oxunub:1191
"Qəbələ" heyətini daha bir futbolçu ilə gücləndirib.
AzVision.az klubun saytına istinadən məlumat verir ki, Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev karyerasını "Qəbələ"də davam etdirəcək. Qapıçı ilə 1,5 illik müqavilə imzalanıb.

1986-cı ildə anadan olan K.Ağayev futbolçu karyerasına 2003-cü ildə paytaxt təmsilçisi "Şəfa"da başlayıb. Kamran daha sonra "Turan" (2004-2006), "Xəzər Lənkəran" (2006-2013) və "Bakı"nın (2013) şərəfini qoruyub.


Teqlər:





Xəbər lenti