Azərbaycan Soçi Olimpidasına hazırdır

Azərbaycan Soçi Olimpidasına hazırdır
  31 Yanvar 2014    Oxunub:1813
Azərbaycan nümayəndə heyəti 7-23 fevral 2014-cü il tarixlərində Rusiyanın Soçi şəhərində keçiriləcək XXII Qış Olimpiya Oyunlarında iştirak edəcək.

Azərbaycan Milli Olimpiya Komitəsindən AzVision.az-a verilən məlumata görə, oyunlarda Azərbaycanın rəsmi nümayəndə heyətinə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Qış İdman Növləri Federasiyanın prezidenti İskəndər Xəlilov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digərləri daxildir. İdman nümayəndə heyətinin rəhbəri Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayevadır.

90-dan artıq ölkənin iştirak edəcəyi olimpiadada Azərbaycan dağ xizəyi və fiqurlu konkisürmə idman növləri üzrə 4 idmançı ilə təmsil olunacaq.

Açılış mərasimi 7 fevral tarixində keçiriləcək. Azərbaycan bayrağını Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezidenti Fuad Quliyev aparacaq.
Xatırladaq ki, 2010-cu ildə Azərbaycan Kanadanın Vankuver şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarında iki nəfər idmançı ilə təmsil olunub.

Qeyd edək ki, Qış Olimpiya Oyunları 1924-cü ildən etibarən hər 4 ildən bir keçirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti