Azay Quliyev "Al Jazeera" kanalında erməni təcavüzündən danışdı - VİDEO

Azay Quliyev "Al Jazeera" kanalında erməni təcavüzündən danışdı -  VİDEO
  02 Oktyabr 2020    Oxunub:2890
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev "Al Jazeera" telekanalına müsahibə verib.
Azvision.az-ın məlumatına görə, Azay Quliyev bu barədə "Facebook" hesabında bildirib.

""Al Jazeera" televiziyasının efirində Ermənistanın Azərbaycana qarşı təcavüzü, mülki əhalimizin ermənilər tərəfindən atəşə tutulması və bombalanması haqqında danışaraq beynəlxalq təşkilatların Ermənistanı torpaqlarımızın işğalını dayandırmağa və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini qeyd-şərtsiz icra etməyə çağırmasının vacibliyini vurğuladım".



Azvision.az


Teqlər: Azay-Quliyev  





Xəbər lenti