“Əsərlərimizi Şuşada ayaq üstə ifa edəcəyik” - Ramiz Quliyev
“Qələbə xəbərlərimizi eşidən gündən ürəyimin ritmi pozulub. Dayanmadan döyünür. Sevinc hissi aşıb daşır. Ailəm, qohumlarım məni təbrik edir. Xoşbəxtlikdən axan gözyaşlarımı silirlər. 30 ildir ki, mən bu günü gözləyirdim. Bu yolda şəhid veririk, onların xatirəsi həmişə mənim tarımın ifasında olacaq. Qoy onların ruhu şad olsun. Azərbaycan xalqı çörəyini, duzunu bölüb kiməsə verər, amma torpağını kiminləsə bölüşməz.
“Xatirə” xalq çalğı alətləri ansamblı ilə xalqımızın çətin vaxtında milli mahnılarımızdan ibarət ilhamverici musiqilər hazırlayırıq. Uzeyir Hacıbəyovun, Qara Qarayevin, Səid Rüstəmovun marşları ilə kompozisiyalar ifa olunacaq. Şuşaya, Xankəndinə doğru gedib bu əsərləri ayaq üstə ifa edəcəyik. Çünki torpağın üstündə olan vətən insanları torpağı tapdalamaz, onu şərəfləndirər. Əsərlərimizlə o günə hazırlaşırıq. Prezidentimizin arxasınca gedirik. Avtomatımız da, tarımız da, kamanımız da döyüşəcək. Səsimizlə, muğamımızla, seygahımızla ermənilərin səsini batıracağıq. Bütün Azərbaycan xalqı bu yolda səfərbərdir”.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Xalq-artisti