Azərbaycan nefti 40 dollardan baha satılır

  16 Sentyabr 2020    Oxunub : 2203
Azərbaycan nefti 40 dollardan baha satılır
Dünya birjalarında neft qiymətləri bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,57 dollar artaraq 41,10 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,63 dollar bahalaşaraq 38,91 dollar olub.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,73 dollar artaraq 40,64 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft