Vergi ödəyicilərinin onlayn növbə ilə qəbuluna başlanılır

Vergi ödəyicilərinin onlayn növbə ilə qəbuluna başlanılır
  15 Sentyabr 2020    Oxunub:4142
Mayın 12-dən etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində vergiödəyicilərinin qəbulu xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılıb.
Dövlət Vergi Xidmətindən Azvision.az -a bildirilib ki, xidmətinin İnternet Vergi İdarəsində onlayn növbəyə yazılmaq imkanından vergiödəyiciləri tərəfindən səmərəli istifadəsinin təmin edilməsi və suiistifadə hallarının qarşısının alınması və bununla da vergiödəyicilərinə xidmət mərkəzlərində Vergi Xidməti tərəfindən göstərilən xidmətlərdən mümkün qədər çox vergiödəyicisinin yararlanması üçün onlayn növbəyə yazılma zamanı vergiödəyicisinə məxsus mobil telefon nömrələrinə SMS vasitəsilə təsdiq kodunun göndərilməsi imkanının yaradılması nəzərdə tutulur və yaxın günlərdə yenilik istifadəyə veriləcək.

Aşağıdakı link vasitəsilə onlayn növbə tuta və ya öncədən tutulmuş növbəni ləğv edə bilərsiniz:

Onlayn növbəyə yazılmaq (link: https://www.e-taxes.gov.az/ebyn/novbe/#/ ).

Onlayn növbənin ləğvi (link: https://www.e-taxes.gov.az/ebyn/novbe/ordercancel.html )

Elektron xidmətlər üzrə istifadəçi təlimatı (link: https://www.etaxes.gov.az/help/telimat/diger_telimatlar/TelimatOnlaynNovbe.pdf ).

Onlayn növbəyə yazılmış şəxslər xidmət mərkəzinə yaxınlaşdıqda özləri ilə şəxsiyyət vəsiqələrini (Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və ya qaçqın vəsiqəsini) və ya fiziki şəxsin uçotu haqqında şəhadətnaməni (fiziki şəxs müraciət etdikdə) mərkəzin məsul şəxsinə təqdim etməlidirlər.

Tibbi maska olmadan xidmət mərkəzində qəbul həyata keçirilmir. Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə vergiödəyicilərinə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etməyiniz xahiş olunur.

Azvision.az


Teqlər: Sahibkar   Növbə  





Xəbər lenti