`Xəzər-Lənkəran`da braziliyalı oyunçu

`Xəzər-Lənkəran`da braziliyalı oyunçu
  28 Yanvar 2014    Oxunub:1251
“Xəzər-Lənkəran”komandası braziliyalı müdafiəçi Uilliam Tyeqo de Jesusu heyətinə cəlb edib.
“Xəzər-Lənkəran” futbol komandası braziliyalı müdafiəçi Uilliam Tyeqo de Jesusu heyətinə cəlb edib.

Klubdan AzVision.az-a bildiriblər ki, karyerasına ölkəsinin “Sergipe” klubunda başlayan Tyeqo 2007-ci ildə məşhur “Qremio” kollektivinin heyətinə cəlb olunub. “Qremio” ilə Braziliya A Seriyası və Libertadores kubokunda çıxış edən futbolçu bu klubda olduğu müddətdə 50-dən çox oyunda meydana çıxmışdır. 2013-cü ilin əvvəlində isə “Fiqeyrense” komandasına keçib. Bu komandanın aparıcı üzvünə çevrilən 27 yaşlı arxa xətt oyunçusu 40-dan çox oyunda əvəz edilmədən meydanda olub.

“Xəzər-Lənkəran” ilə Tyeqo de Jesus arasında növbəti mövsümün sonunadək müqavilə imzalanıb.


Teqlər:  





Xəbər lenti