Ən yaxşı mühəndis yetişdirən ali məktəblər – SİYAHI

  27 Yanvar 2014    Oxunub : 4487
Ən yaxşı mühəndis yetişdirən ali məktəblər – SİYAHI
Caspian Engineers Society (CES) 7 illik fəaliyyəti dövründə universitet tələbələri arasında keçirdiyi müxtəlif imtahan nəticələrinin analizini aparıb. CES-in mühəndislik məktəblərində indiyə qədər 1632 tələbə iştirak edib.
Universitetlərin reytinqini sizə təqdim edirik. Mühəndislik imtahanında lider olmasına baxmayaraq, ADNA cəmi 2 balla birinciliyi Qafqaz Universitetinə verib. Xəzər Universiteti son 2 ildə tələbələrinin CES məktəblərində passivliyinə görə üçüncü yerlə kifayətlənməsinə baxmayaraq, hər zaman birinciliyə ən iddialı namizədlərdən olub. Son illərdə BDU tələbələrinin aktivliyi öz bəhrəsini verib. Belə ki, onlar digər mühəndislik universitetlərini üstələyərək dördüncü ola biliblər. Əgər BDU tələbələrinin artan templə layihədə iştirakı davam edərsə, yaxın illərdə liderlər qrupuna daxil ola bilərlər.



CES hesab edir ki, yaxın 3-4 ildə reytinq cədvəlində yeni namizədlər ortaya çıxacaq. Bu, ilk növbədə Bakı Ali Neft Məktəbi kimi potensiallı təhsil ocağının yaranması və ADA-nın universitet statusu alması ilə bağlıdır.

Teqlər: