`Neftçi` son oyunda məğlub oldu

`Neftçi` son oyunda məğlub oldu
  27 Yanvar 2014    Oxunub:1425
"Neftçi" Türkiyənin Antyalya şəhərində təlim-məşq toplanışı çərçivəsində son yoldaşlıq oyununu keçirib.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, Bakı təmsilçisi Polşanın "Slask" klubu ilə qarşılaşıb.

Oyunun ilk hissəsində qapılara qol vurulmayıb. Son Azərbaycan çempionu 50-ci dəqiqədə Elvin Yunuszadə ilə hesabı açsa da, rəqib 1 dəqiqə sonra hesabı bərabərləşdirib. Bu qoldan sonra polyaklar daha iki dəfə fərqləniblər - 1:3. Matç bu hesabla da başa çatıb.

Xatırladaq ki, "Neftçi" ilk yoxlama oyununda Albaniyanın "Partizani" klubuna 2:0 hesabı ilə qalib gəlmişdi. "Fənərbaxça" və "Metallurq" (Ukrayna) ilə qarşılaşmalarda isə hesab açılmamışdı. Qazaxıstanın "Tobol" klubunu isə 4:2 hesabı ilə məğlub etmişdi.


Teqlər:  





Xəbər lenti