Riad Əhmədovun xatirəsi anıldı

Riad Əhmədovun xatirəsi anıldı
  25 Yanvar 2014    Oxunub:1392
Təhsil Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun xatirəsinə həsr olunan tədbir keçirilib.

Yanvarın 25-də 132-134 nömrəli Təhsil Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun xatirəsinə həsr olunan tədbir keçirilib.

Ayrı-ayrı qurumların nümayəndələrinin, müəllim və şagirdlərin iştirak etdikləri tədbirdə məktəbin direktoru, Əməkdar Müəllim Sara Xanlarova Milli Qəhrəman Riad Əhmədovun mənalı və şərəfli ömür yolundan danışıb.

Qeyd olunub ki, müstəqil Azərbaycanımızın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığı ilk illərdən Riad Əhmədov doğma Vətənin və torpağın müdafiəsi uğrunda mübarizənin ön cərgələrində olub. O, Şuşa, Goranboy, Füzuli, Əsgəran, Ağdam və digər ərazilərimizin müdafiəsi uğrunda fədakarcasına döyüşüb.

1992-ci il yanvarın 25-dən 26-na keçən gecə xəyanət nəticəsində uğursuzluqla başa çatan Daşaltı əməliyyatı R. Əhmədovun və onun bir çox silahdaşlarının son döyüşü olub. Mühasirəyə düşmələrinə baxmayaraq, Riad Əhmədovun başçılıq etdiyi dəstə böyük qəhrəmanlıqlar göstərib.

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun sinif yoldaşları və dostları onunla bağlı xatirələrini söylədi.

Tədbirdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin ekranlaşdırdığı “Qayıt Riad” bədii-sənədli filmi nümayiş etdirilib.


Teqlər:





Xəbər lenti