Siyəzəndə yas mərasimi keçirənlər cərimələnib

  13 Avqust 2020    Oxunub : 3014
Siyəzəndə yas mərasimi keçirənlər cərimələnib
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Covid-19 pandemiyası ilə əlaqədar Operativ Qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əməl olunması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman rayon sakini Məzahir Mustafayevin karantin rejiminin qaydalarını pozaraq öz evinin həyətində vəfat etmiş atası üçün yas mərasimi keçirdiyini aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən mərasim dərhal dayandırılıb, ev sahibi M.Mustafayev və mərasimdə iştirak edən 6 nəfər polis şöbəsinə gətiriliblər. Burada onlarla izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Azvision.az

Teqlər: Siyəzən   Yas-mərasimi