Elmira Rəhimova: “İynə-dərmanla yaşayıram”

  13 Avqust 2020    Oxunub : 15268
  Elmira Rəhimova:  “İynə-dərmanla yaşayıram”
Bu gün Azərbaycanın Xalq artisti Elmira Rəhimovanın doğum günüdür.

79 yaşını qeyd edən sevimli müğənni Azvision.az -a bildirib ki, onu ilk təbrik edən nəvələri olub.
"Gecə saat 12-də nəvələrim məni yuxudan oyadıb təbrik etdilər. Qucaqlayıb üzümdən, gözümdən öpdülər. Çox diqqətli uşaqlardılar. Allah bütün nəvələri saxlasın. Bu gün o qədər adam zəng edib ki, heç bilmirəm haradan xəbər tutublar, telefonum susmur. Doğum günümü heç kimə deməmişəm. Ömür boyu qastrollarda, yollarda olmuşam, rahat oturub doğum günü qeyd etməmişəm. Ona görə də indi təəccüblənirəm ki, insanlar haradan bilir".

Xalq artisti səhhətinin nisbətən normal olduğunu söyləyib.

"Bu xəstəlik elədir ki, həyatımın sonuna kimi iynə-dərmanla yaşayacağam. Havalar çox da isti keçmir deyə yaxşıyam. Allahın və dərmanların köməkliyi ilə vəziyyətimi normal hesab etmək olar".



Şahanə Rəhimli
Azvision.az

Teqlər: ElmiraRəhimova   doğumgünü