Anar Kərimov Braziliya səfiri ilə danışıqlar apardı
Qonaq M.Monteneqro qəbula görə təşəkkür edərək, mədəniyyət sahəsində ölkələrimiz arasında mövcud əməkdaşlığın genişləndirilməsi məqsədilə hüquqi bazanın yaradılması, onlayn film festivalının təşkili, pandemiya dönəmindən sonra klassik musiqi konsertinin keçirilməsi və digər həyata keçirilə biləcək layihələrlə bağlı təkliflər toplusunu Anar Kərimova təqdim edib.
A.Kərimov ümumi maraq kəsb edəcək tədbir və layihələrlə bağlı təkliflərin Səfirliyə təqdim ediləcəyini qonağın diqqətinə çatdırıb.
Sonda A.Kərimov 2019-cu ilin 30 iyun - 10 iyul tarixində Bakıda keçirilmiş UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına qəbul olunması ilə əlaqədar Braziliya tərəfindən göstərilmiş dəstəyə görə təşəkkür edib.
Azvision.az
Teqlər: Mədəniyyət-Nazirliyi Görüş Səfir