Sərxoş sürücülər 6 nəfərin ölümünə səbəb oldu

   Sərxoş sürücülər 6 nəfərin ölümünə səbəb oldu
  10 Avqust 2020    Oxunub:2669
Bu ilin yanvar-iyun aylarında baş verən bütün yol-nəqliyyat hadisələrinin 41,8 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,6 faizi bir neçə nəqliyyat vasitəsinin, 23,6 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 82,2 faizini, yaralananların isə 74,2 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 10 hadisə baş verib, nəticədə 6 nəfər həlak olub, 11 nəfər yaralanıb. Hadisələrin 70 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Azvision.az


Teqlər: Qəza   Yol  





Xəbər lenti