Bakıda anqarda yanğın olub

Bakıda anqarda yanğın olub
  08 Avqust 2020    Oxunub:2231
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən anqarda yanğın olması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

Görülən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Yanğın qısa müddətdə söndürülüb.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: Bakı   Yanğın  





Xəbər lenti