Kürdə batan oğlanın meyiti tapıldı

  07 Avqust 2020    Oxunub : 1870
Kürdə batan oğlanın meyiti tapıldı
Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlunun axtarışları başa çatıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, X.Salayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Azvision.az

Teqlər: FHN   Kür   Neftçala