İki nəfərdən tüfəng götürülüb

  07 Avqust 2020    Oxunub : 2059
İki nəfərdən tüfəng götürülüb
Zərdab Rayon Polis Şöbəsindən əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Çallı kənd sakini İ.İsayevdən müvafiq sənədləri olmayan “İJ-17” markalı ov tüfəngi götürülüb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Osaküçə kənd sakini, əvvəllər məhkum olunmuş E.Qənbərlidən narkotik vasitə olan heroin və nömrəsi silinmiş, lüləsi kəsilmiş “ZK” markalı ov tüfəngi götürülüb.

Azvision.az

Teqlər: DİN