Soyğunçuluq edən keçmiş məhkum tutuldu

  07 Avqust 2020    Oxunub : 1981
Soyğunçuluq edən keçmiş məhkum tutuldu
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Ə.Rəcəbli küçəsində yerləşən avtomobillərin təmiri sexində işləyən F.Məmmədov avqustun 6-da bir nəfərin onun içərisində pulu və sənədləri olan pulqabısının açıq talama yolu ilə apardığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Alyasov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Azvision.az

Teqlər: DİN