Neftçalada bir nəfər Kürdə batıb

Neftçalada bir nəfər Kürdə batıb
  07 Avqust 2020    Oxunub:2673
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Azvision.az




Teqlər: FHN   Boğulma   Kür  





Xəbər lenti