ABŞ səfirliyi viza xidmətlərini bərpa etməyə başlayıb

  06 Avqust 2020    Oxunub : 2530
ABŞ səfirliyi viza xidmətlərini bərpa etməyə başlayıb
ABŞ səfirliyi və konsulluqları gündəlik viza xidmətlərini mərhələli şəkildə bərpa etməyə başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində məlumat yayılıb.

Qeyd edilib ki, tələbə vizalarına böyük üstünlük verilir.

“Həm işçilərimizin, həm də müştərilərimizin sağlamlığını qorumaq şərtilə tələbə vizası ilə bağlı müraciət edənlərə vaxtında kömək etmək üçün hər cür səy göstərəcəyik. Viza prosesinin bərpasına dair vaxtında məlumat almaq üçün bizim “Facebook” səhifəmizi izləyin!”,- deyə səfirliyin məlumatda bildirilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ   Səfirlik