Cəlilabadda meşədə yanğın olub

Cəlilabadda meşədə yanğın olub
  06 Avqust 2020    Oxunub:2852
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Seyidbazar kəndi yaxınlığında dağlıq və meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. Yanğın saat 16:05 dəqiqədə məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: Cəlilabad   Yanğın  





Xəbər lenti