Mədəniyyət Nazirliyi 3 suala cavab axtarır

Mədəniyyət Nazirliyi 3 suala cavab axtarır
  06 Avqust 2020    Oxunub:14121
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət ünvanlayıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, islahatların və görüləcək işlərin daha keyfiyyətli və səmərəli olmasını təmin etmək üçün mədəniyyətin müxtəlif sahələrində fəaliyyət göstərən təşkilatlar və fərdlərin iştirakı ilə məsləhətləşmələrin aparılması, sahəvi inkişaf proseslərində onların rəy və təkliflərinin nəzərə alınması planlaşdırılır.

Bu məqsədlə aşağıdakı suallar ətrafında rəy və təkliflər [email protected] e-mail ünvanına göndərilə bilər:

1. Mədəniyyət sahəsində siyasət və idarəetmədə gözləntiləriniz nədir?

2. Mədəni irsin mühafizəsi və inkişafı ilə bağlı hansı təklifləriniz vardır?

3. Mədəniyyət sahəsində yerli və beynəlxalq təbliğatın gücləndirilməsi üçün nə kimi yenilikləri təklif edərdiniz?

Azvision.az


Teqlər: Mədəniyyət-Nazirliyi   Müraciət  





Xəbər lenti