Microsoft

Microsoft
  22 Yanvar 2014    Oxunub:1401
Sözügedən lift insanı neçənci mərtəbəyə aparacağını təxmin edir
Microsoft korporasiyasının Microsoft Research tədqiqat bölməsi süni intellekt sisteminə malik lift hazırlayıb. İnterAz ictnews-a istinadən xəbər verir ki, Microsoft Research bölməsinin rəhbəri Piter Li Bloomberg TV telekanalına müsahibəsində deyib ki, sözügedən lift insanı neçənci mərtəbəyə aparacağını təxmin edir.

Onun sözlərinə görə, ağıllı lift istifadəçinin hərəkətləri haqqında məlumatlara əsaslanaraq təxmin edə bilir. Bu məlumatları o, datçiklər dəstinin köməyi ilə toplayır.

Piter Li liftə məhz hansı datçiklərin quraşdırıldığını dəqiqləşdirməyib, ancaq Bloomberg TV telekanalında görüntülənən videosüjetdən belə nəticə çıxartmaq olar ki, datçiklər sisteminə, həmçinin videokamera daxildir. Onlar həm kabinada, həm də binanın mərtəbələrində lift qapılarının qarşısında quraşdırılıb.

Lift, ehtimal ki, həmçinin nitq analizatoruna malik mikrofonlarla təchiz edilib. Məsələn, əgər istifadəçi həmkarı ilə ikinci mərtəbədə nahar etmək istədiyini ucadan desə, o zaman növbəti gün nahar zamanı ofisi tərk etdikdə lift onu lazımi mərtəbəyə çatdıracaq.

Microsoft Research bu həllin tətbiqi üzrə planları bölüşməyib, lakin deyib ki, süni intellekt bölmənin əsas istiqamətlərindən biridir.

S. Həsənova


Teqlər:  





Xəbər lenti