646 hərəkət iştirakçısı cərimələndi

 646 hərəkət iştirakçısı cərimələndi
  04 Avqust 2020    Oxunub:4163
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunan hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə məlumatı ictimaiyyətə təqdim edib.
İdarədən Azvision.az -a bildirilib ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 03.08.2020-ci il saat 00:00-dan 04.08.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 555 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 91 nəfər olmaqla ümumilikdə 646 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Azvision.az



Teqlər: DYP  





Xəbər lenti