Cinayət törədən 28 nəfər saxlanılıb

Cinayət törədən 28 nəfər saxlanılıb
  04 Avqust 2020    Oxunub:3294
Ötən gün ərzində törədilmiş 29 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Cinayət  





Xəbər lenti