Oğurluq edən keçmiş məhkumlar tutuldu

Oğurluq edən keçmiş məhkumlar tutuldu
  04 Avqust 2020    Oxunub:3275
Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Tovuz Rayon Polis Şöbəsinin və Rayon Mühafizə Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində “VAZ-2107” markalı bir avtomobildən 190 manat pul, maqnitofon və videoqeydiyyat qurğusu, “Mercedes” markalı avtomobildən isə akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - A.İmamquliyev və E.Həsənov saxlanılıblar.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti