Zaqatala sakini avtomatını polisə təhvil verib

Zaqatala sakini avtomatını polisə təhvil verib
  04 Avqust 2020    Oxunub:2683
Polis əməkdaşları əllərdə saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Zaqatala rayonunun Car kənd sakini M.Qurbanov “AK” markalı silahı, 27 ədəd patronu və 1 patron darağını könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

Azvision.az



Teqlər: Avtomat   DİN  





Xəbər lenti