Masallıda evlərdən oğurluq edənlər tutulub

Masallıda evlərdən oğurluq edənlər tutulub
  04 Avqust 2020    Oxunub:3117
Masallıda məişət və elektrik avadanlıqları oğurlayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Masallı rayonunun Sığıncaq kənd sakini Ş.Sarxanlıya məxsus yaşayış evindən gecə saatlarında dəyəri 5600 manat olan 2 ədəd televizorun, 1 ədəd mikrodalğalı soba və digər elektrik avadanlıqlarının oğurlanması ilə bağlı polisə müraciət edilib.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Masallı rayon Sığıncaq kənd sakini Elbrus Kazımov və Cəlilabad rayonunun Göytəpə şəhər sakini Həsənağa Abızadə olduğu müəyyən edilib. Oğurladıqları 2 ədəd televizor onlardan aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti