Toy və yas qadağası dəyişmədi

  03 Avqust 2020    Oxunub : 3574
 Toy və yas qadağası dəyişmədi
31 avqust tarixinədək Azərbaycanda toy məclislərinin təşkilinə qoyulan qadağa davam edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar imzalayıb.

Bundan başqa, 31 avqust tarixinədək dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı qadağa qüvvədə qalacaq.

Azvision.az

Teqlər: Toy   Yas   NK