Bakının 548 küçəsi dezinfeksiya edildi

Bakının 548 küçəsi dezinfeksiya edildi
  01 Avqust 2020    Oxunub:5316
Avqustun 1-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikasının və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitəsinin köməyi ilə növbəti dezinfeksiya tədbiri həyata keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, sayca doqquzuncu dəfə həyata keçirilən və xüsusi kimyəvi maddələrlə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 548 küçədə dezinfeksiya işləri görülüb.

Əgər gücləndirilmiş dezinfeksiya işlərinin ilk vaxtlarında gün ərzində orta hesabla 250 küçə dezinfeksiya edilirdisə, kommunal xidmətlərin işinin təkmilləşməsi və Daxili İşlər Nazirliyi əməkdaşlarının səyi nəticəsində bu rəqəm ikiqat artıb. Avropanın böyük dövlətlərinin heç birində böyük vəsait tələb edən belə genişmiqyaslı tədbirlər sistematik görülmür. Ölkəmizdə bu işlərin həyata keçirilməsi dövlətimizin başçısının həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsində mümkün olub.

Paytaxt sakinlərinin sağlamlığının qorunmasına və həyatlarının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olan dezinfeksiya işləri davam etdiriləcək.

Azvision.az


Teqlər: Küçə   Yol  





Xəbər lenti