Dənizdə batan iki yeniyetmədən birinin meyiti tapıldı

Dənizdə batan iki yeniyetmədən birinin meyiti tapıldı
  01 Avqust 2020    Oxunub:4740
İyulun 30-da Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) batan 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Azvision.az -a FHN-dən məlumat verilib.

Qeyd olunub ki, eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti