Nazirliyin 319 əməkdaşı cəzalandırıldı

   Nazirliyin 319 əməkdaşı cəzalandırıldı
  01 Avqust 2020    Oxunub:5050
Daxili nəzarət tədbirlərinin nəticəsi olaraq bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatı və struktur bölmələri üzrə 319 əməkdaş barəsində intizam tənbeh tədbirləri tətbiq olunub.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, bu dövrdə nazirliyin ümumilikdə 18 qurumu üzrə audit yoxlamaları aparılıb.

Son 6 ayda audit yoxlamaların nəticələrinə əsasən 27 halda materiallar müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.

Azvision.az


Teqlər: ƏƏSMN   İntizam   Tənbeh  





Xəbər lenti