Polis qanunsuz ət kəsənlərə qarşı reyd keçirdi

Polis qanunsuz ət kəsənlərə qarşı reyd keçirdi
  31 İyul 2020    Oxunub:3230
Pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilmir.
Daxili İşlər Nazirliyindən Azvision.az -a bildirilib ki, bu məqsədlə qurbanlıq heyvanların nəzərdə tutulmayan yerlərdən kənarda satışına və kəsiminə qarşı gücləndirilmiş iş rejimində xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət - profilaktik tədbirlər keçirilir.

Qurbanlıq heyvanların satışının həyata keçirildiyi ərazilərdə sosial izolyasiya qaydalarına riayət olunması, eləcə də təhlükəsizliyin təmin edilməsi üçün xidmət təşkil edilib. Yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, onlardan sosial izolyasiya qaydalarına riayət etmələri tələb olunub.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış yarmarkalarının təşkil olunmasına baxmayaraq ayrı-ayrı şəxslər tərəfindən pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərini pozan şəxslər müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunublar.

Qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşlarımızı xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bütün qaydalara əməl etməyə çağırırıq.

Azvision.az



Teqlər: DİN   Reyd  





Xəbər lenti