Bu il 1750 nəfərə elektron qolbaq tətbiq edilib

Bu il 1750 nəfərə elektron qolbaq tətbiq edilib
  30 İyul 2020    Oxunub:2023
Bu il azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqi genişlənib, o cümlədən azadlığın məhdudlaşdırılması və digər cəzalara məhkum olunmuş 1 750 şəxsə elektron qolbaq tətbiq edilib.
Azvision.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, nazirlik tərəfindən ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 241 iş üzrə ibtidai istintaq tamamlanıb, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş 1,13 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib.

Azvision.az


Teqlər: ƏdliyyəNazirliyi  





Xəbər lenti