İcazəsi olmayan 270 avtomobil postlardan geri qaytarılıb

   İcazəsi olmayan 270 avtomobil postlardan geri qaytarılıb
  28 İyul 2020    Oxunub:3768
İyulun 27-də karantin postlarından 270 avtomobil geri qaytarılıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Azvision.az -a bildirilib ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 27.07.2020-ci il saat 00:00-dan 28.07.2020-ci il 00:00-dək olan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 15-i rayon, 25-i paytaxt istiqamətinə olmaqla 40, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 25-i rayon, 90-ı paytaxt istiqamətinə olmaqla 115, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 75-i rayon, 40-ı paytaxt istiqamətinə olmaqla 115 avtomobil geri qaytarılıb.

Ümumilikdə 270 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Azvision.az


Teqlər: DYP  





Xəbər lenti