“ADA”da müsabiqə keçirilib

  21 Yanvar 2014    Oxunub : 2018
“ADA”da müsabiqə keçirilib
“ADA” Universitetinin Humanitar elmlər fakültəsində “Ana dilim” mövzusunda yaradıcı yazı müsabiqəsi keçirilib. Müsabiqənin məqsədi tələbələrin Azərbaycan dilində yaradıcı yazı qabiliyyətini daha da inkişaf etdirmək, onların bədii təfəkkürünün cilallanmasına yardımçı olmaqdır. Çünki humanitar elmlər fakültəsində yaradıcı yazı ədəbiyyat tədrisinin əsas istiqamətlərindən biridir.
Müsabiqə üçün seçilmiş 20-dək yazı münsiflər heyətinin iştirakı ilə müəlliflərin ifasında dinlənilib, bu zaman müəlliflərin oxu qabiliyyəti də nəzərə alınmaqla qiymətləndirmə aparılıb. “ADA” Universitetinin əməkdaşları ilə yanaşı, yazıçı Svetlana Turan, şair Aysel Novruz, Rəbiqə Nazimqızı və Günel Xəzəldən ibarət münsiflər heyəti ən uğurlu yaradıcılıq nümunələrini seçiblər.



Müsabiqənin yekunlarına görə Sərvər Əliyev I yeri, Şahin Bədirxanlı və Elnur Axundov II yeri, Ulkər Şahmalıyeva və Cahangir Hadıyev isə III yeri tutaraq universitetin müvafiq sertifikatı ilə təltif olunub.

Müsabiqənin təşkilatçısı olan Azərbaycan dili və ədəbiyyatı müəllimi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Nağıyeva tələbələrin yaradıcı potensialının üzə çıxarılması məqsədi ilə təşkil edilən müsabiqənin gələcək diplomat və iş adamlarının yaradıcı təxəyyülünün formalaşmasında mühüm rol oynayacağına, onların peşə fəaliyyətinə yaxından kömək edəcəyinə əmin olduğunu bildirib.


Teqlər: