Putin Zelenski ilə telefonla danışdı

Putin Zelenski ilə telefonla danışdı
  26 İyul 2020    Oxunub:4410
Rusiya Prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər Ukraynadakı vəziyyəti müzakirə edib, əlaqə qrupunun Donbasda atəşkəslə bağlı əldə etdiyi razılığı müsbət qiymətləndiriblər.

Vladimir Putin Minsk razılaşmasının reallaşmasının vacibliyini vurğulayıb.

Bundan əlavə, Prezidentlər əlaqə qrupu çərçivəsində danışıqların səmərəliliyinin artırılmasının zəruriliyini qeyd ediblər.

Azvision.az



Teqlər: Zelenski   Putin  





Xəbər lenti