Rəşad Atakişiyevin məzarı ziyarət olundu - FOTO

Rəşad Atakişiyevin məzarı ziyarət olundu -    FOTO
  24 İyul 2020    Oxunub:3943
Müdafiə nazirinin tapşırığına əsasən təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasının ildönümündə nazirliyin nümayəndələri tərəfindən onun məzarı ziyarət olunub, əklil qoyulub və xatirəsi ehtiramla yad edilib.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, anma mərasimində Hərbi Hava Qüvvələrinin zabiti polkovnik Elşad Pənahov çıxış edərək R.Atakişiyevin Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində özünü peşəkar, nümunəvi, vətənpərvər zabit kimi göstərdiyini və onun xidmətlərinin həmişə yüksək qiymətləndirildiyini qeyd edib.







Azvision.az



Teqlər: RəşadAtakişiyev   MüdafiəNazirliyi  





Xəbər lenti