Həftəsonu elektrik qatarları işləməyəcək

 Həftəsonu elektrik qatarları işləməyəcək
  24 İyul 2020    Oxunub:4272
Nazirlər Kabinetinin qərarına əsasən, sərtləşdirilmiş xüsusi karantin rejiminin avqustun 5-dək uzadılması ilə əlaqədar Abşeron Dairəvi Dəmir yolu xətti üzrə işləyən elektrik qatarları şənbə və bazar günləri hərəkətdə olmayacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Azvision.az-a bildirilib ki, iyulun 25-i və 26-da, avqustun 1-i və 2-də Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarlarının hərəkəti tam dayandırılacaq.

Digər günlərdə isə sərnişin daşınması qüvvədə olan qrafik üzrə yerinə yetiriləcək.

İyulun 31-dən və avqustun 3-dək bayram və qeyri iş günləri olduğuna görə saat 17:30 və 18:35-də yola düşən yola düşən Bakı-Xırdalan-Sumqayıt qatarları, saat 17:40 və 19:05-də yola düşən Bakı-Pirşağı-Sumqayıt qatarları işləyəcək. Həmçinin saat 07:40 və 09:15-də yola düşən Sumqayıt-Pirşağı–Bakı, saat 08:00 və 09:20-də yola düşən Sumqayıt-Xırdalan-Bakı qatarları da hərəkətdə olacaq.

Azvision.az


Teqlər: Qatar  





Xəbər lenti