Pilot Rəşad Atakişiyev FOTOLARDA

 Pilot Rəşad Atakişiyev  FOTOLARDA
  24 İyul 2020    Oxunub:17413
Hərbi Hava Qüvvələrinin mərhum pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasından bir il keçir. Bu gün onun ailə üzvləri məzarını ziyarət edərək xatirəsini anıblar.
Xatırladaq ki, R.Atakişiyevin həlak olduğu faciəvi qəza ötən il baş verib. Belə ki, 2019-cu ilin iyul ayının 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Məlum olub ki, təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev dünyasını dəyişib.

Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis, eləcə də avadanlıqlar cəlb olunub. Ötən il avqustun 19-da təyyarənin qara qutusu, bir gün sonra isə pilotun nəşi tapılıb.

Ayın 21-də Atakişiyevin nəşi 2-ci Fəxri Xiyabanda torpağa tapşırılıb.



Azvision.az mərhum pilotun özəl fotolarını təqdim edir:





















FOTO: Şahin Sərdarov
Azvision.az


Teqlər: Pilot   Rəşad-Atakişiyev  





Xəbər lenti