Televizor uşaq beyninə təsir edir

  20 Yanvar 2014    Oxunub : 339
Televizor uşaq beyninə təsir edir
Yapon alimləri bu fikirdədirlər.
Yaponiya alimlərinin fikrincə, televizora çox baxmaq uşaq beyinin fəaliyyətinə xoşagəlməz təsir göstərir. Onlar qeyd ediblər ki, vaxtının çoxunu televizor qarşısında keçirən uşaqların beynində qan laxtalanması, verbal-intellektual qabiliyyətlərinin azalması ilə müşahidə olunur. Bu barədə yapon alimləri bir neçə həftə öncə keçirdikləri tədqiqatlara əsasən məlumat veriblər.

Yaponiya alimlərinin tədqiqatlarında 5 yaşdan 18 yaşadək uşaqlar iştirak edib. Təcrübə zamanı onlar hər gün televizor qarşısında 2 saatdan çox olmayaraq vaxt keçirirdilər.

Beyin fəaliyyətlərində ən çox dəyişiklik gündəlik televiziya qarşısında 4 saatdan çox vaxt keçirən uşaqlarda qeydə alınıb. Mütəxəssislərin fikrincə uşaqların hansı televiziya proqramını izləməsinə diqqət yetirmək lazımdır. Əgər uşaq təhsil barədə proqrama baxırsa, bu ona müsbət təsir göstərəcək.

Vüqar İsmayılov

Teqlər: